Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının növbəti iclası keçirildi


20 oktyabr 2023-cü il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika institunun növbəti iclası keçirildi. İclasda Fidan Şahin qızı Mehdiyevanın “Riman sərhəd məsələlərinin qeyri-standart Hardi fəzalarında həllolunanlığı və bazis məsələrinə tətbiqləri” mövzusunda 1202.01- Analiz və funksional analiz üzrə riyaziyyat üzrə fəlsəfə elmlər doktoru dissertasiya işinin müdafiəsi keçirildi.

Dissertasiya işinin elmi rəhbəri AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Bilal Bilalov olmuşdur. Dissertasiya işi haqqında rəsmi opponentlər riyaziyyat elmləri doktoru, professor Rövşən Bəndəliyev, riyaziyyat elmləri doktoru, professor Cavanşir Həsənov, fizika-riyaziyyat elmləri namizədi, professor Elçin İbrahimov çıxış edərək iş haqqında müsbət rəy bildirdilər. Elmi şuranın üzvləri dissertasiya işinin elmi rəhbəri AMEA-nın müxbir üzvü,f.-r.e.d., prof. Bilal Bilalov, f.-r. e.d., prof. Həmidulla Aslanov, f.-r. e.d., prof. Nizaməddin İsgəndərov, f.-r. e.d., prof. Vəli Qurbanov və başaları çıxış edərək iş haqqında öz müsbət fikirlərini bildirdilər.

Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər