Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


01 noyabr  2023-cü il saat 10:00-da AR ETN Riyaziyyat və Mexanika İnstitutunun ümuminstitut seminarında Bakı Dövlət Universitetinin “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının dosenti, riyaziyyat elmləri doktoru Miqdad İmdad oğlu İsmayılov “Çəkili eksponensial sistemin Lebeq fəzalarda freymliyi haqqında” mövzusunda məruzə edəcəkdir.

Məruzədə Lebeq fəzalarında çəkili eksponensial sistemin və bu sistemdən ixtiyari sonlu sayda  elementi atmaqla alınmış sistemin tamlığı, minimallığı və bazisliyi haqqında məlumat verilir. Burada həmçinin Lebeq fəzalarında çəkili eksponensial sistemin ayrılış sistemi olması haqqında teorem və Banax freymi əmələ gətirməsi üçün zəruri və kafi şərt teoremi gətirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər