01/11/2023
1 noyabr 2023 il tarixində Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasında daha iki elmi şöbənin hesabatı dinlənilib. Elmi Şuranın sədri, İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun sədrliyi ilə keçirilən iclasda “Deformasiya olunan bərk cisim mexanikası” və “Kompüter texnologiyaları və riyazi statistika” şöbələrinin əməkdaşları hesabat verdilər.
“Deformasiya olunan bərk cisim mexanikası” şöbəsinin müdiri professor Lətif Talıblı və “Kompüter texnologiyaları və riyazi statistika” şöbəsinin müdiri, dosent İradə İbadova apardıqları tədqiqat işləri barədə və onların nəticələri, çap olunmuş elmi əsərlər, elmi müzakirələrdə və konfranslarda iştirak və s. barədə ətraflı məlumat verdilər. Əməkdaşlar da öz tədqiqatları, apardıqları təhlil və qiymətləndirmələr barədə danışdılar.
Sonra şöbələrin əsas tədqiqat istiqamətləri və onların təkmilləşdirilməsi məsələləri ətrafında geniş müzakirələr aparıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.