Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Daha iki şöbə illik hesabatını təqdim etdi


2 noyabr 2023 il tarixində Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika  institutunun Elmi Şurasında  daha  iki  elmi  şöbənin hesabatı dinlənilib. Elmi Şuranın sədri, institutun  baş direktoru, AMEA-nın  müxbir  üzvü,  professor  Misir Mərdanovun sədrliyi ilə keçirilən iclasda  “Funksiyalar nəzəriyyəsi” və “Maye və qaz mexanikası”  şöbələrinin  əməkdaşları hesabat verdilər.

“Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d. Vüqar İsmayılov vəMaye və qaz mexanikası” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, t.e.d. Qeylani Pənahov 2023-cü ildə şöbələrdə görülən işlər haqqında məruzələr edilib.

Hər iki məruzə zamanı şöbələrin cari ildə apardıqları elmi tədqiqat işləri və alınan nəticələr, nəşriyyat fəaliyyəti, elmi forumlarda içtirak və çıxışlar, elmi əlaqələr və əməkdaşlıq haqqında ətraflı məlumat verilib, hesabatlar ətrafında geniş müzakirələr aparılıb, təkliflər dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər