Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının növbəti iclası keçirildi


2 noyabr 2023-cü il saat 12:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi fizika tənlikləri” və “Funksional analiz” şöbələrinin birgə iclasında  f-r.e.d., prof. Həmidulla İsrafil oğlu Aslanovun sədrliyi ilə Həcər Füzuli qızı Mövsümovanın “Operator əmsallı bəzi diferensial tənliklərin izlərinin tədqiqi” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirildi.

Mövsümova dissertasiyanın əhatə etdiyi mövzular haqqında məlumat verdikdən sonra elmi rəhbəri r.e.d., prof. Nigar Aslanova dissertasiya işi haqqında qısa məlumat verdi. Daha sonra rəyçilər- “Funksional analiz” şöbəsinin baş elmi işçisi f-r.e.d., prof.  Məmməd Bayramoğlu, “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi f-r.e.d., prof.  Fərman Məmmədov iş haqqında öz müsbət rəylərini verdiklərini bildirdilər.

Çıxış üçün söz alan “Riyazi fizika tənlikləri” şöbəsinin müdiri f.-r.e.n. Əbdürrəhim Quliyev, “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi f.-r.e.n.  Şirmayıl Bağırov, “Funksional analiz” şöbəsinin müdiri f-r.e.d., prof. Həmidulla Aslanov iş haqqında öz müsbət fikirlərini bildirdilər.  Sonda Həcər Füzuli qızı Mövsümovanın 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin elmi seminarının keçirilməsi üçün növbəti mərhələyə buraxılması qərara alındı. İclas iştirakçıları iddiaçıya uğurlar arzuladılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər