Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Alimlər insanın immun sisteminin çəkisini hesablayıblar


Veysman İnstitutunun mütəxəssisləri orta statistik insanın immun sisteminin bütün hüceyrələrinin siyahıyaalma prosesini reallaşdırıblar. Əldə edilmiş məlumatlar əsasında onlar belə nəticəyə gəliblər ki, orta statistik insanın immune sistemi çəki baxımından standart ananasın çəkisi ilə eynidir. İmmun sistemi özündə çoxlu sayda müxtəlif hüceyrəni birləşdirir və həmin hüceyrələr orqanizmdə vacib funksiyaları yerinə yetirirlər.

Məsələn limfositlər virusların və digər patogenlərin neytrallaşdırılması üçün nəzərdə tutulmuş antisicmləri ifraz edirlər. İmmun sisteminə daxil olan mastositlər orqanizmin bu və ya digər zədələnməyə olan iltihab reaksiyası cavabının idarəsindən cavabdehdilər.

Bununla yanaşı sədd rolunu oynayan dəri hüceyrələri var və onları da immun sisteminə daxil etmək olar. Bəzi tədqiqatçıların sözlərinə əsasən immun hüceyrələrinin  40%-nin limfositlərdən təşkil olunmasına baxmayaraq orqanizm çərçivəsində özündə ən çox qorunma hüceyrələrini birləşdirən sahə mədə-bağırsaq traktıdır. Limfositlər orqanizmdə mövcud ən kiçik hüceyrələrdən biri olduqları üçün onlar immune sisteminin ümumi kütləsinin yalnız 15%-ni təşkil edirlər. Sümük iliyində formalaşan və bakteriyaların udulması ilə məşğul olan neytrofillər  immun hüceyrələrinin 40%-ni və immun sisteminin  ümumi  kütləsinin 15% təşkil edirlər.

Nəticədə alimlər belə qənaətə gəliblər ki, 20 yaşdan 30 yaşa kimi olan kişinin immun sistemində 1.8 trilyon hüceyrə mövcuddur. Bu isə təqribi olaraq 1.2 kq çəkiyə bərabərdir. 20 yaşdan 30 yaşa kimi olan qadının immun sistemində isə təqribi olaraq 1.5 trilyon hüceyrə mövcuddur. Bu isə təqribi olaraq 1 kq çəkiyə bərabərdir. 10 yaşlı uşağın immun sistemində 1 trilyon hüceyrə mövcuddur və bu, təqribi olaraq 600 qramm çəkiyə bərabərdir.

technote.az

Faydalı linklər