06/11/2023
6 noyabr 2023 il tarixində Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasında daha iki elmi şöbənin hesabatı dinlənilib. Elmi Şuranın sədri, İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun sədrliyi ilə keçirilən iclasda “Qeyri- harmonik analiz” və “Siqnalların emalının riyazi problemləri” şöbələri hesabat verdilər.
“Qeyri-harmonik analiz” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, prof. Bilal Bilalov və «Siqnalların emalının riyazi problemləri» şöbəsinin müdiri dosent Səbinə Sadıqova apardıqları tədqiqat işləri barədə və onların nəticələri, çap olunmuş elmi əsərlər, elmi müzakirələrdə və konfranslarda iştirak və s. barədə ətraflı məlumat verdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.