Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Ümumi süni zəka nə zaman ortaya çıxacaq?


Google şirkətinə məxsus olan və  süni  zəka  sahəsində fəaliyyət göstərən  Deep Mind  laboratoriyasının həmtəsisçisi  və  aparıcı  süni  zəka  mütəxəssislərindən biri  olan  Shane  Legg artıq uzun  illərdir ki, öz proqnozunu dəstəkləməkdə davam edir. Onun proqnozuna əsasən yaxın illər ərzində süni zəka texnologiyası AGI (Artificial General Intelligence  Ümumi Süni Zəka) səviyyəsinə çata biləcək.  Güman olunur ki, bu cür süni zəka texnologiyası insanların yerinə yetirə bildikləriistənilən intellektual tapşırığı yerinə yetirə biləcək.

Hal hazırda aktual olan ənənəvi süni zəka sistemləri tərcümə, səsləndirmə, məhdud multimedia kontentlərinin tərtibatı və modelləşdirmə kimi kiçik istiqamətli tapşırıqları yerinə yetirirlər.  AGI  isə öz növbəsində düşünmə, yaddaş, özünü anlama, empatiya və təcrübələrin aparılması kimi özəlliklərə sahib olacaq. Bu cür süni zəka intellektual tapşırıqları insanların səviyyəsində yerinə yetirə biləcək. Shane Legg-in fikrincə ümumi süni zəkanın artıq 2028-ci ilə qədər formalaşma  ehtimalı  50%  təşkil  edir. Növbəti nəsil böyük dil modeli ümumi süni zəkanın formalaşmasının başlanğıcı ola bilər. Gözləntilərə  əsasən artıq 2026-cı ilə kimi süni zəka sistemləri fərdi şəkildə neyron şəbəkələrini yarada biləcəklər.

technote.az

Faydalı linklər