Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Mingəçevir Dövlət Universitetinin qonağı olub


Noyabrın 14-də Mingəçevir Dövlət Universitetinin “Heydər Əliyev İli” çərçivəsində reallaşdırdığı “Heydər Əliyev xatirələrdə” adlı layihə ilə bağlı görüş keçirilib. Görüşün qonağı Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov olub.

Görüşdə professor Misir Mərdanov, Ulu Öndər Heydər Əliyevi tarixi şəxsiyyət kimi xarakterizə edən xüsusiyyətlərindən, Azərbaycana rəhbərlik etdiyi dövrdə keçirilən unudulmaz görüş və xatirələrindən bəhs edib, onun unikal və şəxsi keyfiyyətlərinin, idarəetmə bacarıqlarının gənclər arasında təbliğinin əhəmiyyətini vurğulayıb. Alim Azərbaycanda elm və təhsilin inkişafında Ulu Öndərin müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, müəllim adını hər zaman uca tutan, hərtərəfli dünyagörüşünə sahib, çox tələbkar, eyni zamanda, ədalətli və müdrik şəxsiyyət olan Heydər Əliyev xalqımıza misilsiz həyat və idarəçilik məktəbini miras qoyub. Bildirib ki, çətin tarixi sınaqlarla dolu olan müstəqilliyin qorunması və möhkəmləndirilməsi yolunda bütün maneələri böyük uzaqgörənliklə və qətiyyətlə dəf edən dahi şəxsiyyət Heydər Əliyev müasir və qüdrətli azərbaycanın memarıdır.

Layihənin Heydər Əliyev irsinin öyrənilməsi və təbliği baxımından əhəmiyyətli olduğunu diqqətə çatdıran professor Misir Mərdanov bu təşəbbüsü yüksək qiymətləndirib. Professor, müəllifi olduğu “Heydər Əliyev: xalqa həsr olunmuş ömür” kitabını qonaqlara, həmçinin MDU-nun kitabxana fonduna hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər