18/11/2023
17 noyabr 2023-cü il tarixində AR ETN Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasda Mehriban Nurməmməd qızı Kərimovanın “Cırlaşan elliptik-parabolik tənliklərin həllərinin araşdırılması” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilib.
Dissertasiya işinin elmi rəhbəri f.-r.e.d., professor Tahir Sədi oğlu Hacıyev olmuşdur. İddiaçı Mehriban Nurməmməd qızı Kərimova dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. Dissertasiya işi haqqında rəsmi opponentlər fizika-riyaziyyat elmləri doktoru, professor Vəli Məhərrəm oğlu Qurbanov, riyaziyyat üzrə elmlər doktoru, professor Mahir Mirzəxan oğlu Səbzəliyev, fizika-riyaziyyat elmləri namizədi, dosent Arif İbad oğlu İsmayılov, eləcə də şura üzvləri öz müsbət fikirlərini söyləmişlər.
Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.