Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Kosmos tarixində görünməmiş hadisə


Kosmos tarixində indiyə qədər görünməmiş hadisə baş verib. Belə ki, Marsın atmosferinin ilk dəfə olaraq Yer planetinin qütb işıqları kimi yaşıl rəngə büründüyü müşahidə edilib. Qeyd edək ki, bu hadisə Avropa Kosmik Agentliyinə (ESA) məxsus “ExoMars Trace Gas Orbiter” adlı kosmik cihaz vasitəsilə təsbit olunub.

Ümumiyyətlə, bu gün planetimizdə də oxşar hadisələr baş verir. Belə ki, biz bunu hazırda qütb parıltısı, qütb işıqları adlandırırıq. Maraqlısı budur ki, artıq Mars atmosferi də Yer planeti kimi yaşıl rəngə bürünüb. Qeyd edək ki, bu parlaq işıq qaranlıq Mars gecələrində insanların görməsini təmin edə bilər. ESA bildirir ki, bu hadisə ilk baxışdan Yerdəki qütb işıqlarına bənzəsə də, müxtəlif səbəbləri olan fərqli hadisədir.

Avropa Kosmik Agentliyi bildirir ki, qütb parıltısı iki oksigen atomunun birləşərək oksigen molekulu əmələ gətirməsi ilə yaranır. Hətta Marsda oxşar hadisə 50 kilometr yüksəklikdə yarandığı halda, Yer planetində 80 kilometr və daha çox hündürlüklərdə baş verir. Əslində, elm adamları təxminən 40 ildir ki, Marsda hava parıltısından şübhələnirdi. İndi isə ilk dəfə olaraq Mars atmosferində bu hava parıltıları təsbit edilib.

respublika-news.az

Faydalı linklər