Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının növbəti iclası keçirildi


24 noyabr 2023-cü il tarixində saat 14:00-da AR ETN Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası keçirildi. İclasda Xanım İsaxanovna Öməroğlunun “Harmonik analizin inteqral çevirmələrinin bəzi xassələri” mövzusunda 1202.01 –Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir.

Dissertasiya işinin elmi rəhbəri riyaziyyat üzrə elmlər doktoru, professor Rəşid Əvəzağa oğlu Əliyev olmuşdur. Keçirilən şurada iddiaçı Xanım İsaxanovna Öməroğlu dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. Dissertasiya işi haqqında rəsmi opponentlər riyaziyyat üzrə elmlər doktoru, dosent Rövşən Əlifağa oğlu Bəndəliyev, riyaziyyat üzrə elmlər doktoru, dosent Cavanşir Cavad oğlu Həsənov, riyaziyyat üzrə fəlsəfə doktoru Çinarə Arif qızı Hacıyeva, eləcə də şura üzvləri öz müsbət fikirlərini söyləmişlər.

Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər