29/11/2023
ABŞ-da yerləşən Dreksel Universitetinin mütəxəssisləri bioloji liflərə sahib xüsusi material hazırlayıblar. Hazırlanmış material bakteriyalar vasitəsilə betondakı mikroskopik çatları aradan qaldırmağa imkan verir. Bu öz növbəsində binaların, körpülərin və digər infrastruktur obyektlərinin təmirlərindəki texniki xidmətə qənaət etməyə imkan verəcək. BioFiber adlı material polimer liflərdən təşkil edilib. Həmin liflər isə endosporlardan (yatmış şəkildəyaşayan bakteriyalar) ibarət hidrogen örtüyünə sahibdirlər. Sözügedən bakteriyalar ekstremal vəziyyətlərə tab gətirə bilirlər və ətraf mühitin komfortlu olduğu hallarda yuxudan oyanırlar. Betonda çatın əmələ gəldiyi halda onun su ilə qarşılıqlı əlaqəsini gözləmək lazımdır. Su ilə qarşılıqlı əlaqə zamanı hidrogel genişlənir və öz qabığından çıxır. Bakteriyalar isə yuxudan oyanaraq onları əhatə edən betondakı karbon və kalsium ilə qidalanmağa başlayırlar. Bunun nəticəsində onlar betondakı çatları sementləşdirən material qismində çıxış edən kalsium karbonatı formalaşdırırlar. Məlumata əsasən BioFaber adlı material betondakı çatı 1-2 günə aradan qaldıra bilər.
technote.az