Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Süni  zəka hal hazırda iş yerləri sayından daha çox maaş səviyyəsinə təsir göstərir


Analitiklərin çoxu süni zəka sistemlərinin biznesə inteqrasiya edilmələrinin əmək bazarındakı ixtisarlara səbəb olacaqları barəsində danışırlar. Lakin Avropa Mərkəzi Bankının təqdim etmiş olduğu tədqiqat nəticələrinə əsasən hal hazırki mərhələdə süni zəka texnologiyaları iş yerlərinin sayından daha çox əmək haqları səviyyəsinə təsir göstərir. Reuters saytı Avropa Mərkəzi Bankının tədqiqatına istinadən bildirib ki, hal hazırki mərhələdə süni zəka texnologiyalarının inteqrasiyası nəticəsində iş yerlərinin itməsindən daha çox yeni iş yerləri formalaşır. Bununla belə aşağı və ya orta ixtisaslaşmış işçiləri əhatə edən vakansiyalar hələ ki, süni zəka texnologiyalarının neqativ təsirlərinə məruz qalmayıblar.

Aparılmış tədqiqat çərçivəsində mütəxəssislər Avropanın 16 ölkəsinin əmək bazarını analiz ediblər. Mütəxəssislər aktiv şəkildə yayılan süni zəka texnologiyalarının təsirləri altında qalan məşğulluq sahələrinə fikir veriblər. Mütəxəssislər bildiriblər ki, ümumi iqtisadiyyatda durğunluğun yaşanmasına baxmayaraq işəgötürənlər hələ də yüksək ixtisaslaşmış işçilərə tələb duyurlar. Süni zəka texnologiyalarının aktiv şəkildə yayılması ilə bu cür vakansiyaların sayı da artır. Bununla belə süni zəka texnologiyalarının əmək haqları səviyyəsinə müəyyən təsirləri müşahidə edir.

Mütəxəssislərin fikirlərinə əsasən bu təsir daha da güclənəcək. Təbii ki, süni zəka terxnologiyalarının aktiv şəkildə yayılması nəticəsində digər hallara da rast gəlinəcək. Lakin mütəxəssislər düşünürlər ki, hal hazırki mərhələdə narahatçılığa əsas yoxdur. Onların sözlərinə əsasən İT sahədəki digər yeniliklərin geniş yayılmaları nəticəsində daha öncə orta ixtisaslaşmış işçilərin saylarında azalmalar olurdu. Lakin süni zəka texnologiyalarının hal hazırki yayılma mərhələsində bu hal müşahidə edilmir.

technote.az

Faydalı linklər