04/12/2023
06.12.2023-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçiriləcək. Ümuminstitut seminarında “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, f-r.e.d. professor Fərman Məmmədov “Kiçik həddi qradiyentdən asılı olan elliptik tənliklər üçün bəzi məsələlərin varlıq və yeganəliyi” mövzusunda məruzə edəcək.
Məruzədə kiçik həddi qradiyentdən asılı olan elliptik tənliklər üçün bəzi məsələlərin varlıq və yeganəli cəhətləri araşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.