06/12/2023
06.12.2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarında “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi f-r.e.d. professor Fərman Məmmədov “Kiçik həddi qradiyentdən asılı olan elliptik tənliklər üçün bəzi məsələlərin varlıq və yeganəliyi” mövzusunda məruzə etdi.
Məruzədə kiçik həddi qradiyentdən asılı olan elliptik tənliklər üçün bəzi məsələlərin varlıq və yeganəliyi araşdırılmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.