07/12/2023
Windows 10-un həyat dövrü artıq sona yaxınlaşır. Microsoft öz növbəsində sözügedən əməliyyat sisteminin aqibəti barəsində məlumat verib. Şirkətin verdiyi məlumata əsasən Windows 10-un rəsmi dəstəyinin yekunlaşacağından sonra ondan istifadə etməyə davam edəcək istifadəçilər əməliyyat sistemi üçün nəzərdə tutulmuş təhlükəsizlik yenilənmələrini əldə edə biləcəklər. Lakin bunun üçün istifadəçilər ödəniş etməli olacaqlar.
Yəni Windows 10-un rəsmi dəstəyinin bitməsindən sonra onun üçün təhlükəsizlik yenilənmələri ödənişli olacaq. Qeyd etmək lazımdır ki, Windows 10-un rəsmi dəstəyi 14 oktyabr 2025-ci il tarixində yekunlaşmalıdır. Qeyd edilmiş tarixdən sonra şirkət yeni şərtlər altında sözügedən əməliyyat sistemi üçün təhlükəsizlik yenilənmələrini təqdim edəcək. Windows 10 üçün təhlükəsizlik yenilənmələrinin hansı qiymətə təqdim olunacaqları barəsində məlumat daha sonra veriləcək.