14/12/2023
20 dekabr 2023-cü il tarixində saat 10:00-da AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitutu seminarı keçiriləcək. Ümuminstitut seminarda Azərbaycan Neft və Sənaye Universitetinin fizika-riyaziyyat elmləri doktoru, professor Heybətqulu Mustafayev “Lokal kompakt qruplarda ehtimal ölçülərinin A-ergodikliyi haqqında” mövzusu ilə çıxış edəcək.
Məruzə lokal kompakt qruplarda iki ölçünün ümumiləşmiş bürünməsinin ergodikliyinin araşdırılmasına həsr olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.