Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Düşüncələri yazıya çevirən sistem hazırlanır


Texnologiya inanılmaz sürətlə inkişaf edir. İllər öncə  fantastik filmlərdə gördüyümüz ağlasığmaz  texnologiyalar artıq reallaşır. Belə ki, Sidney Texnologiya Universitetinin tədqiqatçıları tərəfindən fikirləri yazıya çevirən “BrainGPT” adlı sistem hazırlanır.

Sistem  bir növ EEG və ya Elektroensefaloqramma kimi  beyin siqnallarını müəyyən edir. İnsanların düşüncələri əsnasında meydana gələn  beyin siqnalları xüsusi süni intellekt əsaslı alqoritm yardımı ilə yazıya çevrilir. Hazırda sınaqdan keçirilən bu sistem düşüncələri yazıya çevirməkdə yüksək dərəcədə uğur əldə etsə də, bəzən problemlər yaşanır.

“Bu tədqiqat EEG dalğalarını birbaşa başa düşülən dilə çevirmək üçün bir səydir və əhəmiyyətli  irəliləyişi təmsil edir”, – deyə tədqiqat rəhbəri professor Lin inkişaf etdirdikləri sistem barəsində bildirib.

Onun sözlərinə görə araşdırmalar hələ davam edəcək. Belə ki, sistem hələlik tam dəqiqliklə çalışmır. Maraqlısı budur ki, sistem heç bir cərrahi əməliyyat tələb etmədiyi üçün asanlıqla insanlar üzərində sınaqdan keçirilə bilər. Məhz bu cəhətdən o, çox perspektivli hesab olunur və gələcəkdə kommersiya məhsuluna çevrilmə ehtimalı yüksəkdir.

respublika-news.az

Faydalı linklər