26/12/2023
27 dekabr 2023-cü il tarixində saat 10:00-da AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitutu seminarı keçiriləcək. Ümuminstitut seminarda institutun “Riyazi analiz” şöbəsinin baş elmi işçisi riyaziyyat elmləri doktoru Mübariz Hacıbəyov “Potensial tip inteqralların kəsilməzlik və hamarlıq xassələri” mövzusu ilə çıxış edəcək.
Məruzə ümumiləşmiş Riss potensiallarının və loqarifmik potensialların funksiya kimi kəsilməzlik və hamarlıq məsələlərinə həsr olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.