26/01/2024
Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda ED 1.04 dissertasiya şurasının nəzdindəki elmi seminarda 25 yanvar 2024-cü il tarixində Sumqayıt Dövlət Universitetinin dissertantı Günel Mübariz qızı Eyvazlının “ Operator diferensial tənliklər üçün bir sinif sərhəd məsələlərinin həll olunmasının və spektral xassələrinin tədqiqi ” mövzusunda 1202.01 – Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçirilib.
İclası “Analiz və funksional analiz” ixtisası üzrə seminarın rəhbəri AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov açaraq sözü Eyvazlı Günelə vermişdir. Eyvazlı Günel dissertasiyanın əhatə etdiyi mözular haqqında məlumat verdi. Prof.r.e.d. Aslanova Nigar Məhər qızının və dosent r.e.d. Amanov Rabil Amanulla oğlunun təqdim etdikləri rəyləri müsbətdir.
Sonra AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov və seminar üzvləri iş haqqında öz müsbət fikirlərini bildirdilər iddiaçıya uğurlar arzulamışlar.
Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.