Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda ED 1.04 dissertasiya şurasının nəzdindəki elmi seminarda  26 yanvar 2024-cü il tarixində Mexanika və Riyaziyyat İnstitutunun doktorantı Radə Əlirza qızı Hüseynovanın “Dördüncü tərtib qeyri-xətti Şturm sistemlərinin qlobal bifurkasiyasının tədqiqi” mövzusunda 1202.01 – Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçirilib.

İclası “Analiz və funksional analiz” ixtisası üzrə seminarın rəhbəri AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov açaraq sözü Hüseynova Radəyə vermişdir. Hüseynova Radə dissertasiyanın əhatə etdiyi mözular haqqında məlumat verdi. Prof.red. Aslanova Nigar Məhər qızının və Prof.red. Xəlilov Elnur Həsən oğlunun təqdim etdikləri rəyləri müsbətdir.Sonra AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov və seminar üzvləri iş haqqında öz müsbət fikirlərini bildirdilər, iddiaçıya uğurlar arzulamışlar.

Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər