26/01/2024
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin professoru Ələddin Şamilovun “Stoxastik diferensial tənlik həllinin təqribi paylanma funksiyalarının təyin edilməsinə dair” adlı məqaləsi nüfuzlu jurnallarından biri olan “Pakistan Journal of Statistics” jurnalında çap edilib.
İşdə müəllif tərəfindən təklif olunmuş Max Max Ent, Min Max Ent, Max Miux Ent və Min Minx Ent adları altında ifadə olunmuş, ümimiləşmiş Entropy optimallaşdırma metodlarının tətbiqləri göstərilmişdir. Bu tətbiqlər təməl statistik paylanmalarin və stoxastik diferensial tənlik modelləşdirmələrində ortaya çıxan paylanmaların təyin edilməsinə aid edilir.
Qeyd edək ki, Pakistan Statistika Jurnalı (PJS) 1985-ci ildən Pakistandakı baş qərargahında nəşr olunan əsas tədqiqat jurnalıdır. Pakistan Statistika Jurnalı (PJS) Amerika Statistika Assosiasiyasının (ABŞ) “Cari Statistika İndeksi”ndə əsas statistik jurnallardan biri hesab olunur.
Məqaləni oxumaq üçün linkə keçid edin:
https://www.pakjs.com/wp-content/uploads/2024/01/40109.pdf https://www.pakjs.com/
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.