Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitunda ED 1.04 dissertasiya şurasının nəzdindəki elmi seminarda 30 yanvar 2024-cü il tarixində Sumqayıt Dövlət Universitetinin doktorantı  Leyla Vidadi qızı Nəsirovanın “Bəzi qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin birtərəfli qlobal bifurkasiyası” mövzusunda 1202.01 – Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir.

İclası “Analiz və funksional analiz” ixtisası üzrə seminarın rəhbəri AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov açaraq sözü Nəsirova Leylaya vermişdir. Nəsirova Leyla dissertasiyanın əhatə etdiyi mözular haqqında məlumat verdi. Red. Əli Abbas oğlu Hüseynli və red.dos. Rabil Amanulla oğlu Amanov təqdim etdikləri rəyləri müsbətdir. Sonda AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov və seminar üzvləri iş haqqında öz müsbət fikirlərini bildirdilər, iddiaçıya uğurlar arzulamışlar.

Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər