Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və astronomiya üzrə Kraford mükafatı laureatlarının adları açıqlanıb


Kraford mükafatı (Crafoord Prize) İsveçin ən sanballı elmi mükafatlarındandır və 1982-ci ildən bəri İsveç Elmlər Akademiyası tərəfindən laureatlara dörd nominasiyadan birini təqdim edir: riyaziyyat və astronomiya, Yer haqqında elmlər, biologiya elmləri və poliartritin müalicəsi üzrə tədqiqatlar.

2024-cü ildə astronomiya sahəsində Kraford mükafatına Kembric Universitetindən (Böyük Britaniya) Duqlas Qof, Orhus Universitetindən (Danimarka) Yorgen Kristensen-Dalsqaard və Leven Universitetindən (Belçika) Konni Aerts, riyaziyyat sahəsində mükafata isə De Jüsse Riyaziyyat İnstitutundan (Fransa) Kler Vuazen layiq görülüb. Astronomiya üzrə Kraford laureatları insan gözü ilə görünə bilməyən hadisələr barədə yeni biliklər əldə ediblər, Günəşin və ulduzların daxilində sirrləri açan üsullar işləyib hazırlayıblar. Kler Vuazen, öz növbəsində, vizuallaşmaya müqavimət göstərən formaların təsvirində istifadə oluna biləcək cəbri həndəsədə ixtisaslaşıb.

“Alimlərin səyləri sayəsində biz indi ulduzları tamamilə başqa cür öyrənə bilərik. Ulduzların daxilindəki elementləri ölçmək üçün yeni üsul yaranıb. Əvvəllər bu, qeyri-mümkün idi”, – deyə Uppsala Universitetində nəzəri astrofizika üzrə fəxri professor və Uppsala Kral Universitetinin üzvü Benqt Qustafsson bildirib.

Yeni texnologiya tədqiqatçılara ulduzların radiusunu və nüvəsinin tərkibini ölçmək, eləcə də onların yaşını daha dəqiq müəyyən etmək imkanı verir. Beləliklə, bu yaxınlarda belə nəticə çıxarılıb ki, Günəş əvvəllər hesab edildiyindən bir neçə yüzdəbir faiz kiçikdir.

Yeni üsullardan özgə planet sistemlərinin tədqiqatında da istifadə olunur.

“Biz yaşı milyard il olan, yəni bizim planetdən yaşca çox böyük planet sistemləri aşkarlamışıq”, – deyə Yorgen Kristensen-Dalsqaard qeyd edib.

Mükafat bu il mayın 13-16-da Lundda və Stokholmda keçiriləcək Kraford Günlərində təqdim olunacaq.

azertag.az

Faydalı linklər