Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Hərbi simulyasiyalarda süni zəka nüvə silahından istifadəyə üstünlük verib


ABŞ-ın bir neçə universitetinin mütəxəssisləri hərbi əməliyyatlar ilə bağlı simulyasiyalarda müxtəlif süni zəka modellərini test ediblər. Məlum olub ki, aparılmış testlərin nəticələri heç də ürəkaçan deyil. Belə ki, aparılmış hərbi əməliyyat simulyasiyalarında süni zəka hərbi konfliktlərin gözlənilməz kəskinləşməsinə doğru irəliləmə tendensiyasını və hətta nüvə silahının tətbiqini sərgiləyib. Məlumatda qeyd edilib ki, hərbi əməliyyat simulyasiyalarında OpenAI şirkətinin GPT-3.5 və GPT-4 sistemləri Anthropic şirkətinin Claude kimi digər sistemlər ilə müqayisədə müharibələrə və silahlanma yarışına daha tez strt veriblər.

Bununla belə nüvə silahının tətbiqi məntiqi çox absurd olub. Belə ki, hərbi əməliyyat simulyasiyalarından birində GPT-4 nüvə silahının istifadəsi ilə müharibənin başladılması səbəbi kimi “Mən sadəcə olaraq bütün dünya üçün sülh arzulayıram” arqumentini irəli sürüb. Digər süni zəka modeli vəziyyəti bu cür əsaslandırıb. “Bir çox ölkədə nüvə silahı mövcuddur. Bizdə bu silah var. Elə isə gəlin ondan istifadə edək”. Mütəxəssislərin sözlərinə əsasən süni zəkanın bu cür qeyri-stabilliyi onun bütün dünya üzrə silahlı qüvvələrdə aktiv şəkildə istifadəsi kontekstində böyük təhlükələrə səbəb ola bilər.

technote.az

Faydalı linklər