Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə iclasında 20 fevral 2023-cü il tarixində Yuliya Qabil qızı Abbasovanın “Üçüncü tərtib matris əmsallı diferensial operatorun məxsusi və qoşulmuş funksiyalar  sisteminin spektral xassələri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi üzrə Elmi seminarın növbəti iclası keçirilmişdir.

İclası “Diferensial tənliklər” ixtisası üzrə seminarın rəhbəri AMEA-nın həqiqi üzvü, professor Yusif Məmmədov açaraq sözü iddiaçı Yuliya Qabil qızı Abbasovaya vermişdir. İddiaçı dissertasiyanın əhatə etdiyi mözular haqqında məlumat verdikdən sonra Bakı Dövlət Universitetinin “Riyazi fizika tənlikləri ” kafedrasının dosenti Saleh Əhmədov, AMEA nın elmi katibi f.r.e.n  Hikmət Əhmədov, BDU nun Ali riyaziyyat kafedrasının dosenti Sevda İsayeva iş haqqında verdikləri öz müsbət rəylərini bildirdilər.

Sonra çıxış üçün söz alan AMEA-nın həqiqi üzvü, professor Yusif Məmmədov, f-r.e.n., dosent Hikmət Əhmədov iş haqqında öz müsbət fikrilərini bildirdilər, iddiaçıya uğurlar arzuladılar və iddiaçının  fəlsəfə doktoru dissertasiya işinin növbəti mərhələyə buraxılması məqsədəuyğun hesab edildi.

Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər