Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi


21 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarda akademik Yusif Məmmədov “Akademik M.L.Rəsulovun çıxıqlar üsulu və onun tətbiq sahələri haqqında ”mövzusunda  məruzə ilə çıxış edib.

Məruzədə çıxıqlar üsulu, onun digər üsullarla müqayisəli təhlili, tətbiq olunduğu və oluna biləcəyi məsələlər haqqında qısa məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər