Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri” başlıqlı icmal yer alıb.

Bügünkü sayda “Məhəmməd Füzuli – sələflər və xələflər: orta əsrlər əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda respublika elmi-nəzəri konfransı və “Əlişir Nəvai və Zahirəddin Məhəmməd Babur” mövzusunda elmi konfransa dair xəbərlər, eləcə də AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin xarici dövlətlərin hərbi attaşeləri ilə görüşü və AMEA-da seysmologiya sahəsində qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə ilə bağlı yazılar dərc edilib.

Həmçinin qəzetdə AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyevin “COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyəti” mövzusunda açıqlaması, AMEA-nın vitse-prezidenti v.i.e. akademik Gövhər Baxşəliyevanın “Milli birliyimiz – düşmənlərə qarşı sipər” və AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovun “Daha güclü Azərbaycan naminə” adlı məqalələri ilə tanış ola bilərsiniz.

Bundan əlavə, AR Nazirlər Kabineti yanında Terminologiya Komissisyasının sədr müavini professor Sayalı Sadıqovanın müəllifi olduğu “Müstəqillik illərində Azərbaycan dilinin qorunması” adlı məqalə və AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənovun “Xocalı soyqırımına tarix və zaman kontekstində baxış” məqaləsi yer alıb.

Bu sayda AMEA-nın birinci vitse-prezidenti v.i.e. akademik Arif Həşimovun “Azərbaycanda yaradılmış ilk GRİD-seqmentinin müəllifi”, professor Zərraf Şirinovun “Dünya şöhrətli cərrah”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzmin Cəfərovanın “Yaşıl dünya” naminə: ekomuzeylər və “yaşıl yollar” başlıqlı məqalələri və digər əhəmiyyətli tədbirlərə dair məlumatlar təqdim edilib.

Qəzetin rus və ingilis dili bölməsində ötən həftə Akademiyanın fəaliyyətini əks etdirən yazılar, müsahibələr, həmçinin son elmi yeniliklərə dair informasiyalar yer alıb.

science.gov.az