Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Maye və qaz mexanikası”, “Deformasiya olunan bərk cisim mexanikası”, “Tətbiqi riyaziyyat” şöbələrinin və ADNSU-nin “Neftin, qazın geotexnoloji problemləri və kimya» Elmi-Tədqiqat İnstitutunun alimlərin iştirakı ilə birgə iclasında 23 fevral 2024-ci il tarixində saat 12.00-da dosent Eldar Mehdi oğlu Abbasovun Neftqazçıxarma proseslərində heterogen mayelərinin tətbiqinin reokinetik əsaslarının işlənməsi” mövzusunda 2525.01 – “Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisasında texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.

İclası “Deformasiya olunan bərk cisim mexanikası” şöbəsinin müdiri, f.-r.e.d., professor Lətif Talıblı açaraq, sözu dosent Eldar Abbasova vermişdir. Dos. Abbasov dissertasiyanın əhatə etdiyi mözular haqqında məlumat verdikdən sonra «Neftin, qazın geotexnoloji problemləri və kimya” t.e.d., professor Həcan Hacıyev, f.-r.e.d., professor Qabil Əliyev və f.-r.e.d., professor Lətif Talıblı iş haqqında verdikləri öz müsbət rəylərini bildirdilər.

Cıxış üçün söz alan RMİ-nun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, “Dalğa dinamikasi” şöbəsinin f.-r.e.d., professor Nazilə Rəsulova, dissertasiya işinin elmi məsləhətçi, AMEA-nın müxbir üzvü, professor Qeylani Pənahov iş haqqında öz müsbət fikirlərini bildirdilər, iddiaçıya uğurlar arzulamışlar və texnika üzrə elmlər doktoru dissertasiya işinin müdafiəsi üçün növbəti mərhələyə buraxılması məqsədəuyğun hesab edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər