04/03/2024
06 mart 2024-cü il tarixində saat 10-00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.e.d., Rövşən Əlifağa oğlu Bəndəliyev “Diskret Hardi operatorunun çəkili və diskret dəyişən üstlü Lebeq fəzasında məhdudluğu və kompaktlığı haqqında” mövzusunda məruzə ilə çıxış edəcək.
Məruzədə diskret Hardi operatoru üçün çəkili və diskret dəyişən üstlü Lebeq fəzasında ikiçəkili bərabərsizliklər haqqında danışılacaqdır. Həmçinin, bu operatorun çəkili və diskret dəyişən üstlü Lebeq fəzasında kompaktlığı məsələsindən də danışılacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.