14/03/2024
14 martda dünyada qeyri-adi bayramlardan biri olan beynəlxalq “Pi” günü (International π Day) qeyd edilir. İlk dəfə bu gün 1988-ci ildə San-Fransiskoda Eksploratorium elmi-kütləvi muzeyində qeyd edilib. Bu qeyri-adi rəqəm hələ orta məktəbin aşağı siniflərində çevrə və dairəni öyrənən zaman rast gəlinir. Pi kəmiyyəti çevrənin uzunluğunun diametrinə nisbətini ifadə edən riyazi sabitdir.Pi kəmiyyəti 3,141592… və sonsuz uzunluğa malikdir.Gündəlik hesablamalarda kəmiyyətin sadələşdirilmiş yazılışından istifadə edilir, yəni — 3,14. Bu ifadəyə nəzər yetirsək, «Pi» kəmiyyətinin niyə məhz bu gün qeyd edilməsi dərhal aşkar olur.
Diqqətəlayiqdir ki, beynəlxalq “Pi” günü görkəmli fizik Albert Eynşteynin doğum tarixinə təsadüf edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.