Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Şimal yarımkürəsinə yaz gəlir


Cari ildə Yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edib göy ekvatorunu kəsərək cənub yarımkürəsindən şimalyarımkürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarımkürəsində Yaz fəsli başlayacaq.

Qeyd edək ki, şimal yarımkürəsində Yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək. İyunun 21-i saat 00:50-də baharı yay əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun Gündüz və ən qısa Gecə  olur. Gündüzün uzunluğu 15 saat 3 dəq. 23 san., gecənin uzunluğu isə 8 saat 56 dəq. 37 san.  olacaq.

science.gov.az

Faydalı linklər