27/03/2024
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” və “Riyazi fizika tənlikləri” şöbələrinin 27 mart 2024-cü il tarixində birgə iclasında Elvin Səxavət oğlu Rzayevin “Bəzi operator-diferensial tənliklərin həll olunma məsələləri və spektral xassələri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat elm sahəsi üzrə fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
İclası professor İbrahim Nəbiyev açaraq sözu iddiaçı Elvin Səxavət oğlu Rzayevə vermişdir. İddiaçı dissertasiyanın əhatə etdiyi mövzular haqqında məlumat verdi.
Rəyçilər: “Funksional analiz” şöbəsinin müdiri professor Həmidulla Aslanov, “Riyazi fizika tənlikləri” şöbəsinin müdiri f-r.e.n. Əbdürrəhim Quliyev öz müsbət rəylərini səsləndirdilər.
Elmi rəhbər professor Araz Əliyev və çıxış edən professorlar: Vəli Qurbanov, Fərman Məmmədov və İbrahim Nəbiyev iş haqqında öz müsbət fikirlərini bildirərək iddiaçıya uğurlar arzulamışlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.