Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi


27 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarında professor Rəşid Əliyev “Ümumiləşmiş grand Sobolev-Morri fəzalarında daxilolma teoremləri” mövzusu ilə  məruzə etdi.

Məruzə ümumiləşmiş grand Sobolev-Morri fəzalarından olan funksiyaların bəzi diferensial xassələrinin araşdırılmasına həsr olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər