Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi


03 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, f.-r.e.d., prof. Bilal Telman oğlu Bilalov “Elliptik tənliklərin Banax-Sobolev fəzalarında həllolunmaları və t-Riss xassəsi haqqında” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə elliptik tənliklərin Funksiyaların Banax Fəzalarının doğurduğu Sobolev fəzalarında (Banax-Sobolev) güclü mənada həll olunma istiqamətində alınan nəticələr və həmçinin eksponent sistemindən ibarət bazisin Riss xassəsinin müəyyən analoq və ümumiləşməsi  və onların tətbiqləri haqqında məlumat verildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər