Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu ED 1.04 dissertasiya şurasının 1202.01-Analiz və funksional analiz ixtisasında  elmi seminarının 08 aprel 2024-cü il tarixli iclasında Səadət Əlibəndə qızı Nuriyevanın “Həyəcanlanmış triqonometrik sistemlərin funksiyaların bəzi qeyri-standart fəzalarında bazislik xassələri” möv­zu­sunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat elm sahəsi üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir.

İclasın sədri AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov açaraq sözü Səadət Nuriyevaya vermişdir. İddiaçı dissertasiyanın mövzusunun aktuallığından, işdə alınan əsas nəticələr haqqında məlumat verdi.

Rəyçilər: riyaziyyat üzrə elmlər doktoru, dosentlər Mübariz Hacıbəyov və Cavanşir Həsənovun təqdim etdikləri rəylər müsbətdir. Sonda sədr və seminar üzvləri iş haqqında öz müsbət fikirlərini bildirdilər, iddiaçıya uğurlar arzuladılar. Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər