Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu ED 1.04 dissertasiya şurasının 1202.01-Analiz və funksional analiz ixtisasında  elmi seminarının 15 aprel 2024-cü il tarixli iclasında Cavanşir Vaqif oğlu Əzizovun “Heyzenberq qrupunda təyin olunmuş kəsr maksimal və kəsr inteqral operatorların ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu” möv­zu­sunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat elm sahəsi üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir.

İclasın sədri riyaziyyat üzrə elmlər doktoru, professor Alik Nəcəfov iclası açaraq sözü Cavanşir Əzizova vermişdir. İddiaçı dissertasiyanın mövzusunun aktuallığı, işdə alınan əsas nəticələr haqqında məlumat vermişdir.

Rəyçilər: riyaziyyat üzrə elmlər doktoru, dosent Elman İbrahimov və riyaziyyat üzrə elmlər doktoru, dosent Cavanşir Həsənovun təqdim etdikləri rəylər müsbətdir. Sonda sədr və seminar üzvləri iş haqqında öz müsbət fikirlərini bildirdilər, iddiaçıya uğurlar arzuladılar. Gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər