Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu ED 1.04 dissertasiya şurasının 1211.01-Diferensial tənliklər ixtisasında  elmi seminarının 16 aprel 2024-cü il tarixli iclasında  Leyla Zakir qızı Buksayevanın “Kəsilən Dirak operatorunun məxsusi və qoşulmuş funksiyalar sisteminin spektral xassələri” möv­zu­sunda 1211.01- Diferensial tənliklər  ixtisasında  riyaziyyat  elm sahəsi üzrə  fəlsəfə doktoru  dissertasiya işinin müzakirəsi keçirilmişdir.

İclasın sədri fizika-riyaziyyat elmləri doktoru, professor Nizaməddin İskəndərov iclası açaraq sözü Leyla Buksayevaya vermişdir. İddiaçı dissertasiyanın mövzusunun aktuallığı, işdə alınan əsas nəticələr haqqında məlumat vermişdir.

Rəyçilər: riyaziyyat üzrə elmlər doktoru, dosent Hümbət Musayevin və riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Saleh Əhmədovun təqdim etdikləri rəylər müsbətdir. Sonda sədr və seminar üzvləri iş haqqında öz müsbət fikirlərini bildirdilər, iddiaçıya uğurlar arzuladılar. Gizli keçirilən səs vermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər