Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu ED 1.04 dissertasiya şurasının 1214.01- Dinamik sistemlər və optimal idarəetmə ixtisasında elmi seminarının 18 aprel 2024-cü il tarixli iclasında Aygün İsvahan qızı Ağamalıyevanın “Populyasiyanın dinamikasının optimal idarə olunması məsələsində optimallıq şərtləri” mövzusunda 1214.01- Dinamik sistemlər və optimal idarəetmə ixtisasında riyaziyyat elm sahəsi üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir.

İclasın sədri fizika riyaziyyat üzrə elmlər doktoru, professor Hamlet Fərman oğlu Quliyev iclası açaraq sözü Aygün Ağamalıyevaya vermişdir. İddiaçı dissertasiyanın mövzusunun aktuallığı, işdə alınan əsas nəticələr haqqında məlumat vermişdir.

Rəyçilər: r.e.d., professor Yaqub Əmiyar oğlu Şərifov və r.e.d., dos. Xəyalə İdris qızı Seyfullayevanın təqdim etdikləri rəylər müsbətdir. Sonda sədr və seminar üzvləri iş haqqında öz müsbət fikirlərini bildirdilər, iddiaçıya uğurlar arzuladılar. Gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər