21/04/2024
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasınının 19 aprel 2024-cü il tarixli iclasında saat 1400–da Günel Razim qızı Hacıyevanın “2m tərtib Dirak operatorunun məxsusi və qoşulmuş vektor-funksiyaları üzrə spektral ayrılışın yığılması” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat elm sahəsi üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirildi.
Rəsmi opponentlər: professor Nazim Kərimov, dosent Elvin Əzizbəyov və r.e.d. Telman Qasımov öz müsbət rəylərini səsləndirdilər.
Dissertasiya Şurasının üzvlərindən professor Aslanov Həmidulla, professor İsgəndərov Nizaməddin və professor Hüseynov Hidayət çıxış edərək iş haqqında öz müsbət fikirlərini bildirdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.