22/04/2024
Dünya ölkələri süni intellekt və rəqəmsal texnogiyaların təhsildə tətbiqi sahəsində səylərini gücləndirir. Artıq bir sıra ölkələr öz vətəndaşlarını süni intellektə əsaslanan bir dünyada etibarlı həyat şəraiti, təminatlı yaşayışa hazırlamaqda böyük təşəbbüs göstərirlər.
Onlardan bəziləri bunlardır:
Kanada bu həftə birbaşa süni intellektə əsaslanan kompüterin yaradılmasına 2,4 milyard ABŞ dolları həcmində investisiya paketi elan edib.
Fevral ayında Sinqapur vətəndaşlarına süni intellekt təhsili verməyə başladı və üç yeni proqram elan etdi, bunlardan biri sinqapurlular üçün (40 yaş və yuxarı) iş imkanlarını yaxşılaşdırmaq məqsədilə təlim kursları üzrə 4000 ABŞ dolları məbləğində maliyyə almağa imkan verən yenidən hazırlıq təşəbbüsüdür.
Yaponiyada “Atashi” — hər bir tələbə üçün fərdi süni intellekt sahəsində tədris proqramları yaradan adaptiv təhsil platforması istifadəyə verilib.
İtaliya süni intellekt sahəsində işçilərin ixtisasının artırılması üçün 30 milyon avro ayırıb.
ABŞ fərdi öyrənmə, virtual tədris vasitəsilə tam orta məktəbdə süni intellekt tətbiq edir və hər bir uşağı matrisdə olduğu kimi hiss etməyə məcbur edir
Cənubi Koreya, Fransa birbaşa süni intellekt təhsili və tədqiqatlarına (uyğun olaraq 10 milyard, 5,5 milyard dollar həcmində) investisiya yatırırlar.
Süni intellekt texnologiyaları davam etdikcə ölkələr öz vətəndaşlarını yeni çağırışlara uyğunlaşmağa, yenilik və firavanlığa hazırlayır. Qaçmaq əvəzinə, hamımız insanların bacarıqlarını artırmaq üçün səylərimizi iki qat artırmalı və praktik nümunə göstərməliyik.
muallim.edu.az