Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika institutunda növbəti Ümuminstitut seminarı keçirildi


01 may 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika institutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarda tanınmış alim, Avstraliya Federasiya Universitetinin professoru Adil Bağırov “Rəqəmsal optimallaşdırma və onun tətbiqləri üçün dəstə üsulları” mövzusunda məruzə ilə çıxıb edib.

İşdə, məqsəd funksiyalarının iki qabarıq funksiyanın fərqi şəklində göstərildiyi qeyri-məhdud optimallaşdırma məsələlərinə baxılır. Dəstə üsullarının genişləndirilməsi və qabarıq alqoritmin fərqi də daxil olmaqla belə məsələləri həlli etmək üçün yeni üsullar müzakirə edilib. Bu üsullar üçün yaxınlaşmaya dair nəticələr də təqdim edilir. Komputerdə öyrənilməkdə olan üsulların bəzi ədədi nəticələri və tətbiqləri verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər