Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Maqsudova Tamella xanımı 60 illik yubileyi münasibətilə təbrik edirik!


Maqsudova Tamella İbad qızı 15 may 1964-cü ildə Göyçay rayonunda anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Mexanika – Riyaziyyat fakültəsini Riyaziyyat ixtisası üzrə bitirib. Maqsudova Tamella 1987-ci ildən RMİ-nun XKB-də,2001-ci ildən Hesablama riyaziyyat və informatika şöbəsində mühəndis-proqramçı vəzifəsində işləyib. Hal-hazırda İctimaiyyətlə əlaqələr şöbəsində mühəndis-proqramçı vəzifəsində işini davam etdirir.

Tamella xanım Azərbaycan Respublikası Prezidenti yanında Elmin inkişafı Fondunun 2010-cu il qrant layisənin qalibi olmuşdur. Layihə çərçivəsində Xəzər dənizində “Küləklərin təsiri altında axınların formalaşması prosesini riyazi modelləşdirən və vizuallaşdıran ixtisaslaşmış riyazi proqram kompleksi” Fondun ən uğurlu layihələri sırasında “BakuTel” Beynəlxalq sərgisində Fond tərəfindən nümayiş etdirilmişdir. O, bir neçə Beynəlxalq konfransların iştirakçısı olmuşdur. 1 elmi məqalə 2 tezis müəllifidir.

Tamella xanım yüksək insani keyfiyyətləriylə, dərin daxili mədəniyyətiylə ünsiyyətdə olan hər bir insanın özünə qarşı olan böyük hörmətini və ehtiramını qazanıb. T.Maqsudovaya xas olan insanpərvərlik, əməksevərlik, həssaslıq və qayğıkeşlik kimi nəcib insani keyfiyyətlər çalışdığı kollektivdə ona böyük hörmət və rəğbət qazandırmışdır.

Əzizimiz, dəyərlimiz Tamella xanım yaşadığınız bu 60 illik ömür yolu, qoyduğunuz iz böyük bir insanlıq yoludur. İnstitutun kollektivi Sizi 60 yaşı tamam olması münasıbətılə təbrik edir, həyatda ən dəyərli nemət olan can sağlığı, ailə və sevdiklərinizlə bərabər sağlıqlı, xoş və mənalı ömür arzulayır!  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər