Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi


15 may 2024-cü il tarixində  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarda institutun “Maye və qaz mexanikası” şöbəsinin baş elmi işçisi, t.e.n. Eldar Mehdi oğlu Abbasov “Neftqazçıxarma proseslərində heterogen mayelərinin tətbiqinin reokinetik əsaslarının işlənməsi mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə, heterogen sistemlərin axınlarında və laydaxili qaz əmələgəlmələrdə reokinetik xüsusiyyətlər, sıxışdırma və suffoziya prosesləri üçün effektiv innovativ sənaye texnologiyalarının tədqiq nəticələri təqdim olunub. Laydaxili qaz əmələgəlmə zamanı qeyri-tarazlıq effektlər və flüidlərin heterogen məsaməli mühitlərdən sıxışdırılması və neft veriminin artırılması məsələlərinə baxıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.