16/05/2024
Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri belə bir nəticəyə gəliblər ki, faydalı işlərin yerinə yetirilməsi məqsədilə yaradılmış bəzi süni zəka sistemləri insanları aldatmaq bacarığına yiyələniblər. Mütəxəssislər təyin ediblər ki, süni zəka özünə lazım olan məqsədlərə çatmaq üçün müxtəlif üsullardan istifadə edə bilər. Aparılmış tədqiqatın nəticələrinə əsasən Meta şirkəti tərəfindən yaradılmış Ciceron adlı süni zəka sistemi ilk əvvəl diplomatiya mövzusunda olan online oyunda vicdanlı rəgib rolunda iştirak üçün nəzərdə tutulmuşdu.Mütəxəssislərin sözlərinə əsasən sözügedən süni zəka sistemi online oyun çərçivəsində Fransanın tərəfini saxlayaraq real insanın idarəsi altında olmuş İngiltərəyə xəyanət etmək üçün digər real insanın idarəsi altında olmuş Almaniya ilə gizli şəkildə müttəfiq olub. Halbuki daha öncə süni zəka sistemi İngiltərəni mümkün işğaldan qoruyacağına söz vermişdi. İkinci halda isə OpenAI şirkətinin GPT-4 adlı böyük dil modeli əsasında çalışan çat-bot insanlardan CAPTCHA testindən keçmək üçün yardım istəmiş və bu yardımı görmə qabiliyyətindəki problemlə əlaqələndirmişdi. Bütün bunları nəzərə alaraq mütəxəssislər böyük texnoloji şirkətlərə potensial təhlükəli süni zəka sistemlərinin öz məqsədləri uğrunda insanları aldada bilən sistemlər kateqoriyası üzrə təsnifatlarını aparmağı məsləhət görüblər
technote.az