Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Alimlərin araşdırmasına görə, iqlim dəyişikliyi beyin xəstəliklərinin artmasına səbəb olur!


Alimlərin yeni araşdırması iqlim dəyişikliyinin bəzi beyin xəstəliklərində simptomları artırmasına səbəb olduğunu ortaya qoyub.

Yeni bir araşdırma, iqlim dəyişikliyi və qlobal istiləşmə ilə beyin xəstəliklərinin əlamətlərinin artdığını ortaya qoyub. İnsult, miqren, meningit, epilepsiya, MS, şizofreniya, Altsheymer və Parkinson kimi xəstəliklərin simptomları, temperaturun artması ilə daha da şiddətli şəkildə müşahidə olunmağa başlanıb. Tədqiqatçılar normadan xeyli kənarda olan istilik temperaturunda baş verən ölümlərin 20%-nin beyin xəstəliklərindən qaynaqlandığını, qeyri-adi hava şəraitinin də insan beyninə mənfi təsir etdiyini və bu vəziyyətin baş vermə səbəbinin də beynimizin işləmə şərtlərinin olduğunu bildirirlər.

İnsanları kompüter kimi düşünsək, beynimiz, bədənimizdə bir prosessoru rolu oynayır və sistemimizin düzgün işləməsinə və ehtiyat tədbirlərinin görülməsinə cavabdehdir. Əlavə olaraq, bu prosessor hazırda limitli temperaturda və limitli sürətlə işləyir. Buna görə də, ətraf mühitin istiləşməsi və ya ekoloji problemlər kimi sistemə daha çox yük verən yeni, qeyri-sabit proseslərin işlənməsi zamanı prosessorlarımız nə vaxtsa nasaz ola bilər. Buna görə də, sistemdəki əməliyyatlar düzgün şəkildə və ya düzgün ardıcıllıqla aparılmadığı üçün səhvlərlə qarşılaşırıq. Alimlər beynimizin işləmə prinsipini bu şəkildə izah ediblər. Tədqiqatçılar bildirirlər ki, bu vəziyyətin qlobal təsiri daha da böyük ola bilər. Çünki beyin xəstəliklərindən əziyyət çəkən insanların çoxu aşağı-orta gəlir qrupundadır. Alimlər indi bu təsirləri müəyyən etmək və müalicə etmək üçün daha əhatəli araşdırmalar aparmağa çalışırlar.

technote.az

Faydalı linklər