Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu ED 1.04 dissertasiya şurasınının 1211.01-Diferensial tənliklər ixtisasında elmi seminarının 21 aprel 2024-cü il tarixli iclasında Elvin Səxavət oğlu Rzayevin “Bəzi operator-diferensial tənliklərin həll olunma məsələləri və spektral xassələri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat elm sahəsi üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir.

İclasın sədri fizika-riyaziyyat elmlər doktoru, professor Nizaməddin İsgəndərov iclası açaraq sözü Elvin Rzayevə vermişdir. İddiaçı dissertasiyanın mövzusunun aktuallığı, işdə alınan əsas nəticələr haqqında məlumat vermişdir.

Rəyçilər riyaziyyat elmləri doktoru, professor Yaqub Şərifov və fizika-riyaziyyat elmləri namizədi, dosent Vaqif Məstəliyevin təqdim etdikləri rəylər müsbətdir. Sonda sədr və seminar üzvləri iş haqqında öz müsbət fikirlərini bildirdilər, iddiaçıya uğurlar arzuladılar. Gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər