Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilir


Mayın 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb.

Konfransın açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev də iştirak edib.Açılış mərasimindən sonra konfrans öz işini məruzələrlə davam etdirib.

Konfrans çərçivəsində “Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə təbiətə qayğıkeş münasibəti”, “1969–1982-ci illərdə ölkədə ilk dəfə ümumxalq miqyasda yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi”, “Azərbaycanın zəngin flora və fauna müxtəlifliyinin qorunub saxlanılması ilə əlaqədar ümummilli lider Heydər Əliyevin tələbləri və tövsiyələri”, “Prezident İlham Əliyevin yaşıl dünya naminə həmrəylik və yaşıl enerji siyasəti”, “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən yaşıllaşdırma və reintroduksiya layihələri” və digər mövzularda məruzələr dinləniləcək.

Konfrans mayın 24-də öz işini yekunlaşdıracaq.

edu.gov.az

Faydalı linklər