30/05/2024
Avropa Cənub Rəsədxanası (ESO) dünyanın ən böyük yerüstü optik teleskopu üçün “Extremely Large Telescope” (ELT) adlı ilk müşahidə alətinin istehsalına başlayacağını bildirib. Qeyd edək ki, Roma Kolizeyinin ölçüsündə olan nəhəng teleskop Çilidəki Atakama səhrasında dəniz səviyyəsindən 3000 metr yüksəklikdə tikilir. 39 metrlik güzgüsü olan bu teleskop insan gözündən 100 milyon dəfə çox işıq toplamaq qabiliyyətinə malikdir. Kosmosda potensial olaraq yaşanacaqlar məhz bu teleskop və müşahidə aləti vasitəsilə araşdırılacaq.
Cihaz artıq son dizayn baxışından keçib və istehsala hazır hala gətirilib. Astronomlar qaz və tozla dolu planet əmələ gətirən diskləri təsvir etmək üçün cihazın orta infraqırmızı görmə qabiliyyətindən istifadə edəcəklər. Bu alət vasitəsilə əldə edilən məlumatlar qalaktikaların təkamülü haqqında anlayış formalaşdıracaq. Bundan əlavə, cihaz günəş sistemimizin mənşəyini və superkütləvi qara dəliklərin gizləndiyi qalaktikaların nüvələrini araşdıracaq.
respublika-news.az